Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ZTE Nubia 5” smartfonu rəsmən təqdim edilib
“ZTE” şirkəti ABŞ-da “Nubia 5” smartfonunu təqdim edib.
Aparat 1,5 QHs takt tezlikli “Qualcomm Snapdragon APQ8064” dördnüvəli prosessoru və “Full HD” (1080x1920 nöqtə) formatlı 5 düymlük IPS ekranla təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB, daxili fləş yaddaşda isə 16 QB təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Konica-Minolta” optikası, avtofokus və işıqlandırıcı ilə təchiz edilmiş əsas 13 meqapiksellik kamera 1080p formatında təsvir ölçüsünü dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 2 milyon piksel təşkil edir.
Smartfon “Bluetooth 4.0” və “Wi-Fi” (802.11b/g/n) adapterləri, “GPS” qəbuledicisi, “NFC” mikroçipi, qulaqlıqlar üçün 3.5 millimetrlik konnektor və USB portla təchiz edilib.
Akkumulyatorun tutumu 2300 milliamper/saat təşkil edir. Aparatın çəkisi 128 qram, ölçüsü 136x68x7,3 millimetr təşkil edir.
05/10/13 Çap et