Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc” serverlərini “Delta Telecom”un DATA mərkəzində yerləşdirib



"Dilmanc" proqram təminatı tərtibatçısı serverlərini "Delta Telecom"un DATA mərkəzində yerləşdirib.
"Dilmanc"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu tədbirlər məlumatların emalı üzrə paylaşdırıcı sistemin yaradılması məqsədi ilə həyata keçirilib.


Paylaşdırıcı sistem yüksək səmərəli hesablaşmaların məsafədən həyata keçirilməsi və müstəqil, bir-birindən asılı olmayan kompüterlərdə məlumatların emalının məhsuldarlığını artırmaq üçün nəzərdə tutulub.
İlkin provayderin DATA mərkəzində 20 server işə salınıb və bu maşın tərcüməsi sistemindən daxil olan informasiya axınının emalı sürətini artırmağa və bu proseslərə sərf edilən vaxtı azaltmağa imkan verir.
Sistem eyni zamanda elmi, istehsal və mühəndis məsələlərini ayrı-ayrı hesablama qurğularında tez zamanda həll etməkdə istifadə edilə bilər.

Paylaşdırıcı sistem fərdi kompüterlərin məlumatlarının (sərt diskin həcmi ilə, əməliyyat yaddaşı, prosessorun gücü ilə və s.)  mübadiləsini həyata keçirməyə imkan verir.

Beləliklə, kompüter şəbəkəsi vahid, məhdudlaşdırılmamış hesablama resursuna çevrilir.
 
 
Aynur  Vəliyeva
 




05/10/13    Çap et