Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“China Mobile” operatoru 3,2 milyard dollarlıq “LTE” avadanlığı alacaq


Çinin “China Mobile” mobil rabitə operatoru bir sıra “LTE” şəbəkə avadanlığı tədarükçüləri ilə ümumi məbləği 3,2 milyard dollar təşkil edən saziş imzalayıb. Bu barədə operatorun məlumatında deyilir. 

Sazişlər operator tərəfindən “LTE” şəbəkəsinin qurulmasının birinci mərhələsi çərçivəsində həyata keçirilir. Sənədə əsasən, “Alcatel-Lucent” Fransa-ABŞ istehsalçısı cari ilin sonunadək 207 min baza stansiyası tədarük edəcək ki, bu da alışların ümumi sayının 11 faizi deməkdir. Bundan başqa, operator “Ericsson” və “NSN” şirkətləri ilə də saziş imzalayıb, lakin sənədlərin şərtləri haqqında hələlik məlumat verilmir.
Operator beynəlxalq şirkətlərlə yanaşı, Çinin “Datang Mobile”, “FiberHome Technologies”, “Potevio” və “New Postcom Equipment Company” istehsalçılarından da avadanlıq alır.

Qeyd edək ki, “IHS” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünyada “LTE” şəbəkəsi infrastrukturunun bazar həcmi 24 milyard dollara yaxın olacaq ki, bu da 2012-ci ilin illik göstəricisindən təxminən 3 dəfə çoxdur, - “Digit www.digit.ru” yazır.   




05/10/13    Çap et