Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Seçicilərə elektron xəritələr kömək edəcək
Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında 37 müvəqqəti məntəqə yaradılıb. Bu barədə seçki prosesini izləmək üçün yaradılan Müstəqil Mətbuat Mərkəzindən (MMM) məlumat verilib. Məlumata görə, bu məntəqələrdə 14 minə yaxın Azərbaycan Respublikası vətəndaşı səs verəcək. Onların səsvermədə iştirakını təmin etmək üçün hər cür şərait yaradılıb.
MMM-nin məlumatında o da qeyd edilir ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində vətəndaşların səsverməsini asanlaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilib. Belə ki, ilk növbədə Mərkəzi Seçki Komissiyasının saytı yenilənib, hər iki saytın dizaynı dəyişdirilib, axtarış imkanları genişləndirilib. Bu saytlara yeni xidmətlər əlavə olunub.
İlk dəfə olaraq saytlarda elektron xəritədən istifadə olunur. İndi seçici elektron xəritə üzərində durduğu yeri qeyd edir, gedəcəyi dairəni və məntəqəni seçir. Bundan sonra xəritə üzərində onun hərəkət istiqaməti göstərilir.
Kamal Hacıyev
05/10/13 Çap et