Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhsil Nazirliyi dərsdən yayınıb internet-klublarda vaxt keçirənlərlə bağlı daha sistemli və davamlı iş aparılmasını məqsədəuyğun sayır
Şagirdlərin dərslərdən yayınaraq internet-klublarda vaxt keçirməsinin qarşısının alınması ilə bağlı məsələlər Təhsil Nazirliyinin hər zaman diqqətindədir. Amma nazirlik bu problemin həll edilməsi üçün ayrı-ayrı reydlərin keçirilməsini deyil, daha sistemli və davamlı iş aparılmasını məqsədəuyğun hesab edir.
Nazirlikdən bildirilib ki, sözügedən məsələ ilə bağlı valideynlər də diqqətli olmalıdırlar: “Hər bir şagirdin formalaşmasında məktəblə yanaşı, ailənin də mühüm rolu var. Valideynlər öz övladlarının təhsil almasında, onların bir şəxsiyyət kimi formalaşmasında üzərilərinə düşən vəzifəni yerinə yetirməlidirlər.
Məktəb direktorları və sinif rəhbərləri bu işə məsuliyyətlə yanaşmalı, müəllimlərlə valideynlər birgə təşəbbüslər həyata keçirməli və valideyn komitələri bununla bağlı məsələlərə cəlb olunmalıdır”.
Həqiqət İSABALAYEVA
07/10/13 Çap et