Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Adobe” istifadəçilərinin maliyyə məlumatlarını oğurlayıb



“Adobe Systems” qrafik proqram təminatı istehsalçısı haker qrupunun serverlərinə hücum etməsini bildirərək şirkətin 2,9 milyon müştərisinin maliyyə məlumatlarının oğurlanmasını bəyan edib. “Photoshop” və digər məşhur proqram istehsalçısı etiraf edib ki, hücum edənlər “Adobe ID” müştəri identifikasiyasına və sistemdəki parollara çıxış əldə edərək istifadəçilərin adını, şifrlənmiş kart nömrələrini və kartların qüvvədə olma müddətinin başa çatması tarixini və digər maliyyə məlumatlarını dəyişməyə nail olublar.  
Şirkət nümayəndələri bildiriblər ki, “Adobe” serverlərində kart nömrələrini qoyan müştərilərin bank hesablarından pulların oğurlanması haqqında onlarda hələlik məlumat yoxdur.

Bununla əlaqədar şirkət kütləvi şəkildə müştəriləri məlumatlandırmağa, eləcə də onların sistemdəki parollarını silməyə başlamaqla yanaşı bildirib ki, müştəri kartlarına görə mümkün fırıldaq əməliyyatlarla bağlı bankların məlumatlandırılmasına start verib. “Adobe” nümayəndələri onu da bildiriblər ki, faktla bağlı polis və Federal Təhqiqatlar Bürosu ilə birlikdə iş aparırlar, - “Cybersecurity.www.cybersecurity.ru” yazır.  







07/10/13    Çap et