Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda rəqəmli televiziya yayımı genişləndirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi ölkə ərazisində rəqəmli televiziya yayımının tətbiqi ilə bağlı növbəti olaraq bir sıra tədbirlər həyata keçirib. Birliyin yaydığı məlumata görə, belə ki, Lerik rayonunun Mistan və ətraf kəndlərində əhalinin keyfiyyətli yayımla təmin olunması üçün “Teleradio ” İB tərəfindən Mistan kəndində Ukraynanın “Kvant-Efir” şirkətinə məxsus 150 Vt-lıq yeni DVB-T verici quraşdırılaraq istismara verilib.
Bununla yanaşı, Gədəbəyin Slavyanka, Zəhmət, Maarif və Daşbulaq kəndlərində yayım keyfiyyətinin artırılması məqsədilə Slavyanka kəndində Litvanın “Vigintos Elektronika” şirkətinə məxsus 150 Vt-lıq DVB-T verici quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda, Şəmkir rayonunun Dağ Cəyir və ətraf kəndlərini (Günəşli, Yeni Göyçə, Varlı Həyat, Qaraqoyunlu) əhatə edən Litvanın “Vigintos Elektronika” şirkətinə məxsus digər bir 150 Vt-lıq DVB-T verici isə Dağ Cəyir kəndində quraşdırılaraq istismara verilib.
Görülən işlərin nəticəsi olaraq region əhalisi AzTV, “İdman Azərbaycan”, “Mədəniyyət TV”, İTV, ANS, “Lider”, “Space”, ATV, “Xəzər”, “TRT1”, “Kanal D” və “ORT” kanallarından ibarət sosial paketi izləmək imkanı əldə edib.
CAHANGİR
07/10/13 Çap et