Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin Xalq Respublikasında 2 milyon dövlət qulluqçusu internetə nəzarət edir
"Beijing News" nəşri yazır ki, Çində 2 milyon dövlət qulluqçusu internetdə vətəndaşların fəaliyyətinə nəzarət edir və populyar sosial şəbəkə və mikrobloqların təhlili vasitəsilə ictimai rəyi araşdırırlar.
"ICTnews" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, Çinin internet istifadəçilərinin sayı 500 milyondan çoxdur, onlar müntəzəm olaraq sosial şəbəkələrdə ünsiyyət saxlayır və mikrobloqlarda yazışırlar və dövlət tez-tez tənqid edilir.
Siyasi və ya sosial ixtisaslardan ehtiyatlanan ÇXR hakimiyyəti internet kontentinə sərt nəzarət etməyə çalışır. Lakin kiberpolis heyətinin sayına baxmayaraq, arzuolunmaz status və ya şərhlərin qarşısını almaq həmişə mümkün olmur.
Məlum olduğu kimi, son illərdə Çin hakimiyyəti bir çox sayt və xidmətlərə girişi məhdudlaşdırıb. Məsələn, Çində "Facebook" sosial şəbəkəsi və "Twitter" mikrobloqlar xidməti qadağan edilib.
Emil Hüseynov
07/10/13 Çap et