Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cinayətkarların tutulmasında yeni üsuldan istifadə olunacaq


London polisi cinayətkarların tutulmasında yeni effektiv üsul nümayiş etdirib.

“ICTnews” elektron xəbər xidməti “telegraf.com.ua” saytına istinadən bildirir ki, 26 yaşlı Yafet Askal onların Harlsdendə quraşdırdığı avtomobil tələsinə düşüb.

Yafet maşına soxularaq noutbuku oğurlayıb, lakin bu zaman üzərinə hansısa mayenin çiləndiyinə əhəmiyyət verməyib. Əslində bu, “SmartWater” adlanan kimyəvi tərkib olub və ultrabənövşəyi şüa altında  yaşıl rəngə çalır.

Emil Hüseynov
 
 




07/10/13    Çap et