Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Google” və ya “Samsung” “BlackBerry”ni alacaqmı?
Keçən ay Kanadanın “Fairfax Financial Holdings”ə satılacağı açıqlanan “ağıllı” cib telefonu şirkəti “BlackBerry” yeni alternativlər axtarmağa başlayıb.
İqtisadi baxımdan çətin vəziyyətdə olan “BlackBerry” yerdə qalan hissələrinin satışı ilə bağlı ”Cisco”, “Google” və “SAP”, "İntel", "LG" və "Samsung" daxil olmaqla məşhur şirkətlərlə danışıqlar aparır. Qeyd edək ki, “BlackBerry”inin “Fairfax Financial Holdings”-ə 4.7 milyard dollara satılması haqqında məlumatlar bazarda maliyyə baxımdan sual işarələri yaratmışdı.
Adı çəkilən 6 şirkətin “BlackBerry” üçün bir təklif verib-verməyəcəyi bilinmir. Şirkətin xüsusilə etibarlı server şəbəkəsi və patent portfeli iştah qabartsa da, “BlackBerry”nin ötən ay zərəri təxminən 1 milyard dollar ətrafında olub. Hansı ki, bu da şirkətlə əlaqədar naməlum vəziyyət yaradır.
Önümüzdəki 18 ay içində “BlackBerry”nin patent portfeli və lisenziya razılaşmalarının da yarı-yarıya azalacağı deyilir. “Reuters” “BlackBerry”nin qurduğu mesajlaşma sisteminə 3-4.5 milyard dollar, patentlərinə 2-3 milyard dollar, nağd pul ilə sərmayələrinə isə 3.1 milyard dollar ətrafında qiymət biçdiyini yazır. “BlackBerry”nin 1.5 il ərzində 2 milyard dollara yaxın nağd pul əldə etməsi gözlənilir.
Kamal Hacıyev
07/10/13 Çap et