Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti bükük smartfon ekranlarının kütləvi istehsalına başlayıb


“LG” korporasiyasının ekranların istehsalı ilə məşğul olan bölməsi smartfon üçün ilk bükük ekranın kütləvi istehsalına başlanması haqqında məlumat verib. Ehtimal ki, şirkət ondan istifadə edilən aparatı noyabrda nümayiş etdirəcək.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “LG Display” dəqiqləşdirib ki, söhbət 6 düymlük ekrandan gedir. Bu halda bükülmə şaquli baş verəcək.

“Röyters” agentliyinin məlumatına görə, Koreyanın “Samsung” korporasiyası, həmçinin bükük ekranla təchiz edilmiş smartfon hazırlayır. Bükülmə sağdan sola olacaq.

Emil Hüseynov




08/10/13    Çap et