Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ilin dövlət büdcəsində informasiya sahəsində fəaliyyət xərcləri artırılıb


2014-cü il üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilib. Konstitusiyanın 96-cı və 109-cu maddələrinə uyğun olaraq dövlət büdcəsi parlamentdə müzakirə olunacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Maliyyə Nazirliyi sözügedən  büdcə layihəsini özünün rəsmi internet səhifəsində yerləşdirərək ictimaiyyətin də müzakirə aparmasına şərait yaradıb.
 
Layihədən görünür ki, 2014-cü ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,1 faiz artaraq 1,6 faiz olacaq. Belə ki, gələn il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 311,4 mln. manat, 2013-cü illə müqayisədə 21,7 mln. manat və ya yaxud 7,5 faiz, 2012-ci ilin faktiki  icra göstəricisinə nisbətən 70,6 mln. manat və ya 29,3 faiz çox vəsait ayrılıb.
Ayrılan vəsaitin 66,7 mln. manatı  və ya 21,4 faizi  radio, televiziya və nəşriyyat (2013-cü illə müqayisədə 1,4 mln. manat və ya 2,2 faiz çox) xərclərinə yönəldiləcək.
 
Qeyd edək ki, sözügedən sahədə fəaliyyət xərcləri üzrə ayrılacaq vəsaitin 97,7 mln. manatı müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsinə nəzərdə tutulur, o cümlədən Azərbaycan həqiqətlərinin  «ATV İnternational» (ATV İNT) beynəlxalq televiziya kanalı vasitəsilə xarici dillərdə dünya ictimaiyyətinə təqdim edilməsi üçün 0,6 milyon manat və digər mədəniyyət tədbirlərinin həyata keçirilməsi üçün vəsait proqnozlaşdırılıb.
 
Seymur Qasımbəyli




08/10/13    Çap et