Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MSK “Elektron naviqasiya” vasitəsilə seçicilərin işini asanlaşdırıb
Azərbaycan Mərkəzi Seçki Komissiyası internet resursunda "Elektron naviqasiya" xidmətini istifadəçilərin ixtiyarına verib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, seçicilərin bu xidmətdən istifadə edərkən ilk növbədə elektron xəritədə olduğu yeri müəyyən etməsi tələb olunur.
Bunun üçün istifadəçi sol yuxarı küncdə "+" işarəsinin köməyi ilə xəritəni böyüdərək olduğu mövqeyi qeyd etməlidir : ""Mouse"-un sağ düyməsini sıxaraq "Buradan başla" əmrini seçmək lazımdır".
Sonra seçici xəritədən sağda yerləşən siyahıdan dairəni və səs verəcəyi məntəqəni seçir. Xəritə üzərində səs verəcəyi məntəqənin ünvanı göstərilən yerdə "Buraya get" düyməsini sıxır.
Bununla da seçdiyi mövqedən səs verəcəyi məntəqəyə qədər olan yol təyin edilir. Xəritənin yuxarı başlığında isə olduğu yerdən seçdiyi məntəqəyədək yolun uzunluğu və ideal yol şəraiti nəzərə alınmaqla avtonəqliyyat vasitəsilə oraya çatmaq üçün sərf olunan zaman göstəriləcək.
CAHANGİR
08/10/13 Çap et