Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşet sahibləri ənənəvi fərdi kompüterdən imtina etmək istəmirlər
“IDC” şirkəti tərəfindən ABŞ-da 18 yaşdan yuxarı planşet sahibləri arasında keçirilmiş sorğunun nəticəsində məlum olub ki, onların yalnız 8,7%-i öz cihazlarını ənənəvi noutbuka əvəzetmə hesab edirlər. Eyni zamanda rəyi soruşulanların 58,5%-i bildirib ki, onlar planşeti noutbuka əlavə kimi satın alıblar.
Proqnozlara əsasən, 2013-cü ildə pərakəndə şəbəkələrə təxminən 190 milyon planşet tədarük ediləcək.
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən qurğuların payı daha çox olacaq.
Emil Hüseynov
08/10/13 Çap et