Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə qlobal İT xərclərinin həcmi 3,8 trilyon dollar olacaq
“Gartner” analitik şirkətinin son hesabatına əsasən, 2014-cü ildə informasiya texnologiyalarına sərf olunan qlobal xərclərin həcmi 3,8 trilyon dollar olacaq ki, bu da ötən illə müqayisədə 3,6% çoxdur.
“Gartner”in analitiki Piter Zonderqaard deyir ki, 2014-cü ildə internetə qoşulan sistemlər prinsipcə yüksəktexnologiyalı məhsulların tətbiq olunduğu sahənin, demək olar, bütün seqmentlərini əhatə edəcək. "Biz gözləyirik ki, daha çox şirkət və fərdi istifadəçilər "Əşyaların İnterneti" sisteminə daxil olacaq. Rəqəmli texnologiyalar həyatımızın yeni sferalarına inteqrasiya edilməyə davam edəcək” – o deyib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2009-cu ildə “Gartner” analitik şirkətindən bildirilib ki, dünyada IP şəbəkələrə təxminən 2,5 milyard qurğu qoşulub ki, onların da çox hissəsini smartfon və kompüterlər təşkil edir. 2020-ci ildə təxminən 30 milyard işlək IP ünvan olacağı gözlənilir, həm də onların böyük əksəriyyəti öz aralarında məlumat mübadiləsi edən qurğuların ünvanlarıdır.
Emil Hüseynov
08/10/13 Çap et