Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda innovasiya sahəsində görülən işlər ABŞ-da maraqla qarşılanıb


Azərbaycanda həyata keçirilən innovasiya layihələri, "start-up" şirkətlər və vençur kapital fondları haqqında ABŞ-da keçirilən beynəlxalq tədbirlərdə təqdim edilib. Belə ki, AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Mətanət Mehrabova ABŞ-ın San-Fransisko, Silikon Vadisi, Boston və Vaşinqton şəhərlərində keçirilən "Global 1000", "RIW 2013" konfransları, "dəyirmi masa" və seminarlarında iştirak edib.
 
AMEA-nın məlumatına görə, ABŞ və Rusiyanın tanınmış investorları, vençur kapital fondları, ABŞ Dövlət Departamentinin nümayəndəsi, "start-up" şirkətləri və digərlərinin iştirakı ilə keçirilmiş tədbirlərdə məruzə ilə çıxış edən M.Mehrabova Azərbaycanda həyata keçirilən innovativ layihələr, institutda apardığı elmi işlər, "start-up" şirkətlər və vençur kapital fondları haqqında ətraflı məlumat verib.
 
M.Mehrabovanın çıxışları və təklifləri iştirakçılar tərəfindən maraqla qarşılanıb və birgə əməkdaşlığa dair təkliflər irəli sürülüb.


Həqiqət İSABALAYEVA




08/10/13    Çap et