Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüter bazarının həcmi ildə 50% artacaq


“Berg Insight” analitik şirkətinin proqnozuna görə, yaxın 4 ildə insanların üzərində gəzdirə biləcəyi kompüter bazarının həcmi orta illik 50,6%  sürətlə artacaq və 2017-ci ildə sözügedən qurğuların tədarük həcmi 64 milyon olacaq.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin nəticəsinə görə, 8,3 milyon "ağıllı" eynək və saat, həmçinin idmanla məşğul olmaq üçün taxılan cihaz satılıb. 1 il əvvəl satışların həcmi 3,1 milyon olub.

"Gücü az olan simsiz kommunikasiya, sensor, böyük həcmli məlumatlar, “bulud” xidmətləri, səs istifadəçi interfeysləri və mobil hesablamalar sahələrində innovasiyalar bumu bütün bu texnologiyaları bir yerə toplayıb və taxılan elektronika bazarının inkişafı üçün yol açmış olub" – “Berg Insight”in baş analitiki Yohan Svanberq qeyd edib.

Mütəxəssislər deyirlər ki, insanın öz üzərində gəzdirə biləcəyi mobil kompüterlər dizayner, texnologiya və kommunikasiya yenilikləri sayəsində tətbiq sahəsini genişləndirir.

Emil Hüseynov
 
 




09/10/13    Çap et