Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovasiya və Rəqabətlilik Siyasətləri üzrə Mütəxəssislər Qrupunun VI sessiyası keçiriləcək
10-11 oktyabr 2013-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində İnnovasiya və Rəqabətlilik Siyasətləri üzrə Mütəxəssislər Qrupunun VI sessiyası keçiriləcək.
AMEA-dan verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, professor Ulduz Həşimova iştirak edəcəklər.
Həqiqət İSABALAYEVA
09/10/13 Çap et