Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"WhatsApp"ı çökdürdülər?



Məşhur mesajlaşma tətbiqi “WhatsApp”ın internet saytı çökdürülüb. 
Saytı çökdürən və özünə "KDMS Team" adını verən fələstinli haker bir ismarış da yayıb. Sayta yazılan mesajda "Salam, Dünya! İki mesaj vermək üçün bunu edirik. Birincisi: dünyada  Sionistlər tərəfindən oğurlanan Fələstin deyə bir yer olduğunu bilirsinizmi? Fələstinlilər sülh içində yaşamağı, torpaqlarını azad etmək və İsrail həbsxanalarında olan bütün məhkumların azadlığını istəyir və buna layiqdir”. 
 
 
"WhatsApp"ın mesajlaşma xidmətinin bu vəziyyətdən təsirlənib-təsirlənmədiyi hələlik məlum deyil. Şirkət mövzuyla əlaqədar heç bir şərh verməyib.

Kamal Hacıyev




09/10/13    Çap et