Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” poçt sistemini yeniləyəcək


“Yahoo!” şirkəti poçt xidmətinin 16 yaşını qeyd edir və istifadəçiləri üçün yeni imkanlar, həmçinin də yeni interfeys təqdim olunub. Yenilənmiş interfeysdə məktubları məntiqi əsasla əlaqələndirməyə imkan verən “Conversations” baxış rejimi yaradılıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Yahoo Mail” poçt xidmətinin ödənişsiz versiyasında indiyə qədər yalnız illik 20 dollarlıq “Mail Plus”da əlçatan olan bir sıra imkanlar həyata keçirilib. Sözügedən imkanlara e-mail ünvanlarının avtomatik doldurulması üzrə yenilənmiş mexanizm, yeni məktubların çeşidlənməsi üçün geniş filtr imkanı, həmçinin həm poçt mesajları, həm də bərkidilmə fayllarının saxlanılması üçün 1 TB disk sahəsi aiddir.

“Yahoo!” şirkətindən bildirilib ki, hazırda sözügedən yeniliklər ABŞ, Böyük Britaniya, Kanada, Filippin, Malayziya, Hindistan, İrlandiya, Yeni Zelandiya və CAR istifadəçiləri üçün əlçatandır. Başqa ölkələrdə yeniliklər tədricən həyata keçəcək.

Emil Hüseynov




09/10/13    Çap et