Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Android” və “iOS” qurğularının istifadəçiləri səsvermədə iştiraklarını bildirə biləcəklər


Azərbaycanda ilk dəfə olaraq oktyabrın 9-da dünyanın hər bir yerindən, hər bir Azərbaycan vətəndaşı Prezident seçkilərində İlham Əliyevin namizədliyinə dəstək verməsini, yaradılan “SƏS VERDİM” proqramı ilə təsdiqləyə biləcəklər.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Android” (Sony, Samsung, HTC və s.), “İOS” (iPhone, iPad) əməliyyat sistemlərinin mövcud olduğu cihazlar və “Facebook”un bütün istifadəçiləri “www.sesverdim.mp…2013.az” saytına daxil olaraq səsvermədə iştirak etdiyini və səsverməni hansı məkandan icra etdiyini bildirə biləcək. Proqramın xüsusi bir özəlliyi də hər bir adamın verdiyi səsin proqram çərçivəsində yaradılmış xəritədə qırmızı nöqtə olaraq işarələnməsidir.

Aynur Vəliyeva
 




09/10/13    Çap et