“Cisco”nun İT bazarında vəziyyəti qeyri-stabil olaraq qalır
“Cisco” şirkəti bütövlükdə IV maliyyə rübünə və 2011-ci maliyyə ilinə yekun vurub. Şirkətin rüblük gəliri azalıb, bu isə şirkətin İT bazarında vəziyyətinin qeyri-stabil olması ilə əlaqədardır. “Cisco” şirkətinin hesabatına əsasən, şəbəkə avadanlığının məşhur istehsalçısının gəliri son maliyyə rübündə 36%-ə düşüb və 1.2 milyard ABŞ dolları və ya səhmə görə 22 sent olub. Eyni zamanda şirkət qeyd edib ki, onun gəliri hesabat dövrü üçün 3.3% artaraq 11,2 milyard ABŞ dolları olub.
www.dailycomm.ru