Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər məlumatların ötürülməsində rekord sürət əldə ediblər
Böyük Britaniyanın Bristol Universiteti və Yaponiyanın Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutunda işləyən tədqiqatçılar proqramla sazlanan şəbəkələrdə (Software Defined Networking, SDN) çoxsimli optik lifli kabel vasitəsilə məlumatların ötürülməsi zamanı yeni sürət əldə etməyə müvəffəq olublar.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, alimlər məlumatların ötürülməsində iki kanalı birləşdirən 12 əsas optik lifdən istifadə ediblər. Onların hər biri üzrə məlumatlar 409 terabit/s sürətlə ötürülür ki, bu da ümumilikdə 818 terabit/s deməkdir. Kabelin uzunluğu 450 kilometr təşkil edir.
Sözügedən sınaqda əsas nailiyyət bu qədər böyük sürət zamanı məlumat axınını idarə etməyə icazə verən “SDN” kontroller sayılır.
Emil Hüseynov
10/10/13 Çap et