Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikanın mobil reklam bazarının həcmi cari ilin birinci yarısında 3 milyard dollar təşkil edib
“Interactive Advertising Bureau” (IAB) agentliyinin hesabat məlumatlarına əsasən, ABŞ-da istehlak sektorunda qeyri-sabitliyə baxmayaraq biznes şəbəkəsində reklama sərf olunan xərclərin həcmi artmağa davam edir, mobil internet seqmentində isə reklam artım sürətinə görə rekord qırmağa davam edir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IAB”-a əsasən, 2013-cü ilin birinci yarısında ABŞ mobil reklam xərclərinin həcmi 3 milyard dollara çatıb. “IAB”-ın qiymətləndirməsinə əsasən, müvafiq dövrdə ümumi internet reklam bazarının həcmi 20,1 milyard dollar olub.
"Mobil reklam xərclərinin artması, həmçinin istifadəçilərin kiçik ekranlı qurğulardan istifadəsi ilə izah olunur" – “IAB”-ın prezidenti Rendel Rotenberq deyib.
Emil Hüseynov
10/10/13 Çap et