Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasında altı sənəd təsdiq edilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbədən kənar iclasında altı sənəd təsdiq edilib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini və fondun Müşahidə Şurasının sədri Elmir Vəlizadənin rəhbərliyi ilə keçirilən tədbirdə ilk iclasda təqdim edilən investisiya layihələrinin qiymətləndirilmə meyarları, banklar və bank olmayan kredit təșkilatlarının fondun Müșahidə Șurasına təqdim edəcəyi sənədlərin siyahısı və sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair tələblər təsdiq edilib.
Müşahidə Şurasının iclasında “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin qiymətləndirilmə meyarları”, “Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına kreditlərin verilməsində müvəkkil kredit təșkilatı kimi iștirak etmək istəyən banklar və bank olmayan kredit təșkilatlarının fondun Müșahidə Șurasına təqdim edəcəyi sənədlər”, “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin alınması üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair tələblər” müzakirə edilib.
Sonda Müşahidə Şurasının üzvləri tərəfindən yeni üç sənədlə bağlı təkliflər qəbul edilərək təsdiq olundu.
Aynur Vəliyeva
10/10/13 Çap et