Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzeriCard” işini müvəqqəti dayandıracaq
Azərbaycanın ilk prosessinq mərkəzi - “AzeriCard” sisteminin işini müvəqqəti olaraq dayandıracaq.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, texniki səbəblərdən “Azericard”ın sistemində yenilənmə işləri ilə əlaqədar oktyabrın 17-dən 18-nə keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 06:00-a qədər dayandırılacaq.
Mərkəz müvəqqəti narahatçılığa görə istifadəçilərindən üzr istəyir.
Aynur Vəliyeva
11/10/13 Çap et