Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” Böyük Məlumatlarla işləyəcək laboratoriyanın əsasını qoyur
“IBM” korporasiyasının mətbuat xidməti “IBM Accelerated Discovery Lab” adlı yeni tədqiqat laboratoriyasının yaradılması haqqında məlumat verib. Burada korporasiya müştərilərlə birgə Böyük Məlumatlar sahəsində tədqiqatlarla məşğul olacaq, həmçinin Böyük Məlumatlarla işləyən yeni analitik alətlər yaradılacaq.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, laboratoriyada müxtəlif növ informasiya, həmçinin insan danışığı, biznes və tibbi məlumatlar, texniki informasiya və elmi modellərlə işləmək üçün “Watson” superkompüterinin müasirləşdirilmiş modeli quraşdırılacaq.
Şirkətdən bildirilib ki, laboratoriyanın işləməsi nəticəsində universal alətlər yaradılacaq və minimal xərclər sayəsində böyük məlumat massivlərini emal etməyə, təhlil əsasında məntiqi nəticələr çıxartmağa, əldə olan məlumat toplusu əsasında proqnoz verməyə imkan verəcək.
Emil Hüseynov
11/10/13 Çap et