Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı “Gənc innovatorlar - 2013” müsabiqəsinin qaliblərini seçir


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Gənc innovatorlar - 2013" müsabiqəsinin qaliblərini seçir. BTİ-nin 3-çü illik müsabiqəsinə əsasən, dünyanın müxtəlif ölkələrini təmsil edən 18-26 yaşlı gənc sosial sahibkarlar "start-up" və ya ilkin anlayışlar şəklində rəqəmli, innovativ texnoloji həllərlə dünyanı dəyişdirməyin yollarını axtarırlar.
 
Qlobal rəqəmli inkişaf həllərinin axtarışında olan 10 layihə müəllifi artıq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qalib olaraq müəyyənləşdirilib. BTİ-nin Mətbuat mərkəzinin məlumatına görə, bu gənclərin təqdim etdikləri layihələr uğurlu biznes ideyası kimi daha böyük təsir və potensiala malik meyarlar əsasında, dünyanın 88 ölkəsindən olan 600-dən çox iştirakçı arasından seçilib.
 
Onlar 19-22 noyabr tarixlərində Taylandın paytaxtı Banqkok şəhərində keçiriləcək "ITU Telecom World 2013" konfransında iştirak edəcəklər.
 
"Gənc innovatorlar - 2013" müsabiqəsinin qalibləri layihələrini dünyanın nüfuzlu İT mütəxəssislərini bir araya gətirən konfransda auditoriyaya təqdim edə biləcəklər.
 
Həqiqət İSABALAYEVA




11/10/13    Çap et