Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan bazarına yeni intellektual təhlükəsizlik sistemi təqdim ediləcək
Azərbaycanda keçiriləcək “CIPS Caspian 2013” sərgisi çərçivəsində intellektual inteqrasiya olunmuş təhlükəsizlik sistemlərinin təqdimatı gözlənilir.
Sərginin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, oktyabrın 25-də “CIPS Caspian 2013” sərgisində “ITV\AxxonSoft” şirkətinin texnoloji tərəfdaşları ilə birlikdə intellektual inteqrasiya olunmuş təhlükəsizlik sistemlərinin təqdimatı olacaq.
“ITV\AxxonSoft” – Avropa və Rusiya bazarının müvafiq sahəsinin lideridir və bu il şirkət 10-illik yubileyini qeyd etməklə yanaşı Azərbaycan bazarında “EastStream” tərəfdaşı ilə birgə fəaliyyətə başlayır.
Sərgi çərçivəsində Azərbaycanda ilk dəfə istənilən miqyasda təhlükəsizlik sistemlərinin yaratrmağa imkan verən çoxfunksiyalı açıq platform olan “İntellekt” proqramını təqdim ediləcək.
Bu proqram yanğın-mühafizə siqnalizasiyası, videomüşahidə (o cümlədən müxtəlif istehsalçıların İP-kameraları və İP-serverləri), resusrsların avtomatik uçotu və s. sistemləri daxil edir və onları vahid informasiya mühitinə çevirir. Sistem bu mühitdə məlumatların emalını və intellektual analizini həyata keçirir, həmçinin müxtəlif hadisələrə çevik reaksiya verməyə imkan verir.
Aynur Vəliyeva
11/10/13 Çap et