Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda dünyanın ilk süni insanı təqdim edilib


Dünyanın ilk süni insanı Nyu-Yorka gətirilib. Bu süni insanı İngiltərədən olan alimlər qrupu yaradıb. Bu ilin fevralında alimlər onu London Elm Muzeyində nümayiş etdiriblər. İkimetrlik robot insan orqanlarının süni surətlərindən ibarətdir. Mühəndislər öz həllərini Reks adlandırıblar.

O, süni intellektə malikdir və daxili səs sintezatorunun köməkliyi ilə sözləri tələffüz edə və sadə suallara cavab verə bilər. Süni insan hələ ki beyin, ağciyər, sidik kisəsi və mədə orqanlarının surətlərindən məhrumdur.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Nyu-Yorkda bir neçə dəfə nümayiş etdirildikdən sonra Reks Vaşinqton Milli Aviasiya və Kosmonavtika muzeyinin sərgisinə göndəriləcək.

Emil Hüseynov




11/10/13    Çap et