Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “IMEI” kodların elektron imza vasitəsilə qeydiyyatına başlanılır



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "IMEI (International Mobile Equipment Identification - Mobil cihazların qeydiyyat sistemi)"  kodların yeni üsulla qeydiyyatına başlayır.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, hazırda nazirliyin müvafiq strukturları tərəfindən bu istiqamətdə tamamlama işləri aparılır.

Artıq "IMEI" kodu qeydiyyatdan keçirmək üçün mütləq elektron imzanın istifadəsi tələb olunacaq. Hazırda son tamamlama işləri həyata keçirilir və yaxın həftə ərzində sistem işə salınacaq.
Xatırladaq ki, "IMEI" kodların qeydiyyat sistemi 2013-cü il mayın 1-dən etibarən istifadəyə verilib.

Aynur Vəliyeva
 




11/10/13    Çap et