Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda sosial müdafiə və əmlak sahəsində yeni elektron xidmətlər təqdim ediləcək



Azərbaycanda yaxın zamanda sosial müdafiə və əmlak sahəsində yeni elektron xidmətlər təqdim edilməsi  gözlənilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yeni elektron xidmətlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin dövlət qurumları tərəfindən təqdim edilən bütün hesabatların  və Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən bütün hesabatların elektron formada, elektron imza ilə təsdiqlənmiş şəkildə qəbulu xidmətləri olacaq.
"Əmlak məsələləri üzrə komitə yeni xidməti yaxın zamanda təqdim edəcək.

Dövlət Sosial Müdafiə Fondu isə müəssisə və təşkilatların bütün hesabatlarını 2014-cü ilin yanvar ayından etibarən elektron formada və elektron imza ilə təsdiq edilmiş şəkildə qəbul edəcək",- deyə mərkəzdə bildiriblər.

Aynur Vəliyeva
 
 




12/10/13    Çap et