Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyalı qonaqlar seçki məntəqələrində veb-kameraların quraşdırılmasını yüksək qiymətləndirib


“Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil olunub. İnformasiya texnologiyalarının tətbiqi ilə şəffaflıq daha da artırılıb. Hər kəs üçün seçki prosesini izləmək imkanı yaradılıb. Müşahidə etdiyimiz məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşdə söyləyib.
 
Görüşdə M.Pənahov seçkilərə hazırlıq və səsvermənin təşkili barədə qonağa ətraflı məlumat verərək bildirib ki, prosesdə şəffaflığın təmin edilməsi üçün qanunla nəzərdə tutulan bütün hallar tətbiq edilib, müşahidəçilər üçün lazımi şərait yaradılıb. Eyni zamanda, seçki məntəqələrinin 20 faizində quraşdırılan veb-kameralara toxunan sədr xatırladıb ki, onların vasitəsilə istənilən şəxs onlayn rejimdə səsvermənin gedişini həmin məntəqələrdə əvvəldən axıradək izləyə bilər.
 
SEYMUR




11/10/13    Çap et