Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S5” smartfonu istehsal ediləcək?!


“Samsung”un keçmiş əməkdaşları tərəfindən yaradılmış “Naver” resursuna istinadən “Mashable” resursu yazıb ki, “Samsung” şirkəti artıq 2014-cü ilin yanvarında yeni “Galaxy S5”  smartfonunu çıxaracaq.

“Samsung Galaxy S5” modeli yanvar ayında elan edilə bilər. Xatırladaq ki, “Galaxy S4” bu ilin martında buraxılıb.

Resursun məlumatlarına əsasən, “Galaxy S5” smartfonu 16 meqapiksellik kamera, səkkiznüvəli “Samsung” prosessoru ilə təchiz oluna bilər. Çox güman ki, “S5” smartfonunda həm “Android”, həm də “Tizen” əməliyyat sistemlərini işə salmaq mümkün olacaq.

Xatırladaq ki, “Samsung” daxil olmaqla bir neçə istehsalçı “Tizen” əməliyyat sisteminin üzərində işləyir. Onlar “Google”un “Android OS” platformasından asılılıqlarını azaltmağı planlaşdırırlar.

Emil Hüseynov




14/10/13    Çap et