Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün bütün dünyada Stiv Cobs günüdür
Dünya Stiv Cobsu interneti insanların cibinə gətirən dahi adlandırır. Bu şəxs dünyada məşhur “Apple” şirkətinin qurucusu idi və çoxdan canlı əfsanəyə çevrilmişdi.
O, 1955-ci ilin 24 fevralında Amerikanın Kaliforniya ştatının San-Fransisko şəhərində dünyaya gəlib. Uşaq yaşlarından valideyn himayəsindən məhrum olan Stiv Cobs 1976-cı ildə, 21 yaşında dostu və tərəfdaşı Stiv Voznyakla birlikdə ilk “Apple” personal kompüterini yaradıb. 1984-cü ildə həmin kompüterlər üçün ilk dəfə olaraq “Macintosh” sistemini kəşf edib.
1985-ci ildə özünün yeni kompüter şirkəti olan “Next”i qurub. 1997-ci ildə böyük təkidlərdən sonra Cobs məsləhətçi kimi “Apple” şirkətinə qayıdıb. 2000-ci ildə isə şirkətin idarə heyətinin sədri seçilib və “Apple”ın korlanmaqda olan imicini yaxşılaşdırıb. 2001-ci ildə Stiv Cobs “iPad”i yaratmaqla musiqi sənayesində əsaslı dəyişikliklər edib. Bu sistemə milyardlarla musiqi parçası yükləmək mümkündür.
2007-ci ildə isə o, məşhur “iPhone” telefonunu yaradıb. 3 il sonra, 2010-cu ildə isə Stiv Cobsun iştirakı ilə texnologiyanın yeni imkanlarından istifadə etməklə “iPad”in yeni modeli yaradılıb. 2011-ci ilin avqustunda isə informasiya texnologiyaları dahisi “Apple” şirkətinin sıralarını tərk edib. 2011-ci il oktyabrın 5-i isə Stiv Cobsun həyatında son gün olub. O, 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Bu gün bütün dünyada Stiv Cobs günü kimi qeyd edilir. “Apple” sevərlər 2011-ci ilin bu günü bütün “Apple” istifadəçilərini sosial şəbəkələrdə olan əsas şəkillərini Stiv Cobsun şəklilə dəyişməyə çağırıblar.
Kamal Hacıyev
14/10/13 Çap et