Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonunda “Azerspace-1”-in 10 milyon dollarlıq resursu ixrac ediləcək
Cari ilin sonunda “Azerspace-1” telekommunikasiya peykinin 10 milyon dollarlıq resurslarının ixrac ediləcəyi planlaşdırılır. Bu barədə jurnalistlərə açıqlama verən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, yerüstü stansiyaların genişləndirilməsi, müşahidə peykinin orbitə çıxarılması işləri də davam etdirilir: “Artıq Azərbaycan dünyanın kosmik bazarlarında da öz yerini möhkəmləndirməyə başlayıb”.
Məlumat üçün qeyd edək ki, artıq peykimiz kommersiya fəaliyyəti göstərir və hazırda «Azerspace-1» peyki üzərindən yayımlanan kanalların sayı 58-ə çatdırılıb.
SEYMUR
14/10/13 Çap et