Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sağlam həyat tərzi keçirmək istəyənlər üçün “ağıllı” saat təqdim olunub


“Fitbit” şirkəti sağlam həyat tərzi keçirmək istəyənlər üçün “Force” adlanan smart-saatlar təqdim edib. Qurğu smartfonla sinxronlaşdırıla bilir, “OLED” texnologiyası üzrə hazırlanmış ekrana malikdir, müxtəlif sensorlarla təchiz edilib və enerji toplamadan 10 günədək işləyir.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, smartfonla sinxronlaşdırma “Bluetooth 4.0” interfeysinin köməkliyi ilə həyata keçirilir. Saata yuxu sensoru, hündürlük və addım ölçən kimi sensorlar quraşdırılıb. Həmçinin daxili vibromotor daxil olan zənglər və mesajlar haqqında səssiz xəbərdarlıq edəcək. Vibrasiyanı, həmçinin zəngli saat kimi istifadə etmək olar.

“Fitbit Force”, həmçinin ekranda smartfona zəng edən abunəçinin adını göstərir. ABŞ-da qurğu 130 dollar qiymətinə satılacaq. Yeni həll bir ay ərzində bazara çıxarılacaq.

Emil Hüseynov




14/10/13    Çap et