Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin tələbələrini “PlayStation 4” konsolunu yığmağa məcbur ediblər
Çinin “Foxconn” korporasiyasını yenidən əməkdaşları ilə pis rəftarda ittiham edirlər. Firma Sian Texnologiya Universitetinin tələbələrini oyun konsollarının quraşdırılması ilə bağlı uzun müddət ödənişsiz işləməyə məcbur edib.
“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, tələbələri işləməyə məcbur ediblər, əks halda onlar zaçot almayacaq və universitetdən xaric ediləcək. “Foxconn” şirkəti rəsmən tələbələrin istismarı faktını etiraf edib və yaxın vaxtlarda bu vəziyyəti düzəltməyə söz verib.
Bu, artıq ilk belə xoşagəlməz hal deyil. Bundan əvvəl “Foxconn” şirkəti “iPhone” smartfonunun quraşdırılmasında ödənişsiz tələbə əməyindən istifadə edib. Bundan başqa, firma dəfələrlə uşaqlardan işçi qüvvə qismində istifadədə ittiham edilib.
Ekspertlər hesab edirlər ki, “Foxconn” işçi əllərin kəskin çatışmazlığından tələbələrin əməyindən istifadə məcbur olub. Çin sakinlərinin həyat səviyyəsi getdikcə yaxşılaşır və artıq ölkə sakinlərinin əksəriyyəti aşağı maaşa belə şəraitdə işləməyə razı deyillər.
Emil Hüseynov
14/10/13 Çap et