Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung Galaxy S4” avqustda dünyanın ən çox satılan smartfonu olub
“Counterpoint Technology Market Research” analitik şirkətinin məlumatına görə, cari il avqustun yekununa görə, “Samsung Galaxy S4” dünyanın ən çox satılan smartfonu olub. Belə ki, yay fəslinin son ayında təxminən 5 milyon qurğu satılıb ki, bu da ötən ayla müqayisədə azdır.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, "bestsellerlər" siyahısına, həmçinin “Galaxy Note 2” və “Galaxy S3” daxildir.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, “Samsung” 2014-cü ilin yanvarında “Galaxy S5” smartfonunu elan edəcək. Yeni liderin belə tezliklə çıxarılması istehsalçının “Galaxy S4” smartfonunun satış göstəricilərindən narazılığı ilə izah edilir.
Emil Hüseynov
17/10/13 Çap et