Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada internetin orta sürəti 3,3 Mbit/s olub


“Akamai Technologies” şirkəti dünyada internetin orta sürəti haqqında növbəti hesabatını dərc edib. 2013-cü ilin ikinci rübünün yekununa görə, internetin orta sürəti 3,3 Mbit/s olub ki, bu da ötən rübün göstəricisi ilə müqayisədə bir qədər çoxdur. İnkişaf etməkdə olan ölkələr statistikanın göstəricisini aşağı salırlar, halbuki inkişaf etmiş genişzolaqlı internetə malik regionlarda göstəricilər yuxarıdır.

Sənədə əsasən, Cənubi Koreya (13,3 Mbit/s) liderdir, ikinci yerdə Yaponiya (12 Mbit/s), üçüncüdə isə İsveçrə (11 Mbit/s) qərarlaşıb. İlk beşlikdə, həmçinin Honkonq (10,8 Mbit/s) və Latviya (10,6 Mbit/s) yer alıb.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Avropa, Yaxın Şərq və Afrika regionunda genişzolaqlı internetin orta sürətinin göstəricisinə görə İsveçrə (11 Mbit/s) lider olub.
Məlumatların toplanılması zamanı milyarddan çox unikal IP ünvandan daxil olmuş istifadəçilərin göstəriciləri təhlil edilib.

Emil Hüseynov
 




17/10/13    Çap et