Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda informasiya və rabitə xidmətlərində əlavə dəyərin həcmi artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmət sektorunda əlavə dəyər istehsalının 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahə tərəfindən təmin edilib.
Cari ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərində əlavə dəyər 7,1 faiz artıb.
CAHANGİR
17/10/13 Çap et