Dünya noutbuklar bazarında növbəti azalma gözlənilir
2013-cü ilin sonuncu rübündə “Hewlett-Packard” (HP) şirkəti dünyanın nəhəng noutbuk istehsalçısı adını yenidən yaxın rəqibi “Lenovo”ya verəcək. Bu barədə “Digitimes Research” analitik şirkətinin ekspertləri proqnoz verərək üçüncü rübdə “HP”-nin seqmentdə liderliyi özünə qaytarmasını bildiriblər.
Mütəxəssislər güman edirlər ki, “Lenovo” şirkəti hazırkı rübdə “HP” tərəfindən portativ kompüterlərin tədarükünün iyul-sentyabr aylarındakı kimi sürətlə artmaması səbəbindən irəliyə keçə bilər. Göstərilən müddət ərzində ABŞ istehsalçısının tədarükü 30 faiz artıb.
Dördüncü rübdə “Samsung”, “ASUS” və “Acer” şirkətlərinin gələcək göstəricilərinin azalması gözlənilsə də, bu, bir qədər az olacaq, - “Digitimes Research” nümayəndələri qeyd edib.
“Apple” noutbukları haqqında söhbət açan analitiklər əlavə ediblər ki, hazırkı rübdə şirkət diqqətini “MacBook Pro” modellərinin irəliləməsinə yönəldəcək və noyabrdan etibarən əvvəlki nəsil qurğuların istehsalını dayandıracaq. “Apple”ın hər rübdə ən azı 3 milyon noutbuk tədarük edəcəyi gözlənilir.
“Digitimes Research” nümayəndələrinin proqnozunda o da qeyd olunur ki, dördüncü rübdə dünya portativ fərdi kompüterlərinin tədarük həcmi əvvəlki rübün göstəricisindən 3,2 faiz aşağı olacaq, illik hesablamada 13,4 faiz azalacaq. Bununla yanaşı, vurğulanır ki, noutbukların dünya tədarük həcmində payı 80 faizdən çox olan Tayvanın müqavilə əsasında işləyən istehsalçıları 35 milyon bu qurğudan istehsal edəcək, - “DailyComm
www.dailycomm.ru” yazır.