Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəmkirdə yeni DVB-T verici istismara verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Şəmkir rayonunun Çənlibel və ətraf kəndlərində (Daşbulaq, Hacıalılar, Şeyidlər, Atabəy və Əhmədli) əhalinin keyfiyyətli yayımla təmin olunması məqsədilə yeni DVB-T verici istismara verib.
Birlikdən verilən məlumata görə, Çənlibel RTS-də Litvanın “Vigintos Elektronika” şirkətinin istehsalı olan 300 Vt-lıq yeni DVB-T vericisi quraşdırılaraq istismara verilib. Bunun nəticəsi olaraq, region əhalisi AzTV, “İdman Azərbaycan”, “Mədəniyyət TV”, İTV, ANS, “Lider”, “Space”, ATV, “Xəzər”, “TRT 1”, “Kanal D” və “ORT” kanallarından ibarət sosial paketi izləmək imkanı əldə edib.
CAHANGİR
17/10/13 Çap et