Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Adidas” şirkəti “Android” platforması ilə işləyən saat təqdim edib
"Adidas" şirkəti qola taxılan "miCoach Smart Run" smart-saatlarını təqdim edib. Sözügedən saat "Android 4.1.1" platforması ilə işləyir və idmanla məşğul olan insanlar üçün nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, saat nəbzi ölçə, addımların sayını, məşqlərin müddətini, sürəti və qət edilmiş məsafəni qeydə alır, həmçinin MP3-pleyer rolunda çıxış edir.
Qurğunun çəkisi 80 qm-dır və ələ rezin qayışla bərkidilir. Məşq haqqında informasiya 1,45 düymlük sensor ekranda əks olunur.
Bu saatda "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz edilib. İdman nailiyyətləri haqqında informasiyanı simsiz şəbəkənin köməkliyi ilə "Adidas" şirkətinin saytına və ya mobil tətbiqə yükləmək olar. Saat 4 QB yaddaşla təchiz olunub.
"Smart Run" batareyasının həcmi 410 milliamper/saat təşkil edir. Saatda akkumulyatorun sərfiyyatı üçün üç rejim nəzərdə tutulub: "gündəlik", "marafon" və "məşq".
Sözügedən cihaz noyabrın 1-dən satışa çıxarılacaq. Qiyməti 399 ABŞ dolları təşkil edəcək.
Emil Hüseynov
17/10/13 Çap et