Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ilədək geyinilən elektronika bazarının həcmi 19 milyard dollar olacaq
“Juniper Research” analitik şirkətinin proqnozuna əsasən, yaxın illərdə geyinilən elektronika bazarının həcmi sürətlə artacaq və 2018-ci ilədək onun satış həcmi 19 milyard dollar olacaq, halbuki cari ilin yekununa görə, bu göstərici 1,4 milyard dollar təşkil edəcək.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətdən bildirilib ki, “Samsung Galaxy Gear” və ya “Google Glass” kimi geyinilən elektron qurğular ümumilikdə daha çox smartfonlar üçün kompaniya rolunu oynayır. Bildiyimiz ki, smartfon bazarının auditoriyası böyükdür, lakin geyinilən elektronika bazarı daha ləng inkişaf edir, çünki kütləvi istehlakçı yalnız yaxın illərdə sözügedən cihazlara üstünlük verəcək.
Emil Hüseynov
17/10/13 Çap et