Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Amerika İKT şirkətləri qarşılıqlı əməkdaşlıq və investisiya yatırımları imkanlarını müzakirə edəcəklər


Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) ticarət missiyası çərçivəsində oktyabrın 28-də San-Hosedə (ABŞ) Silikon Vadisinin şirkətləri üçün Azərbaycanla gələcək əməkdaşlıq mövzusunda seminar keçiriləcək.
USACC-dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir Azərbaycanın intensiv inkişaf edən informasiya-kommunikasiya texnologiyaları bazarının təhlilinə və qiymətləndirilməsinə həsr olunacaq.
Seminarda Silikon Vadisində işləyən Amerika şirkətləri ölkənin İKT bazarının inkişafına dəstək olmağa cəlb ediləcəklər.

Tədbir çərçivəsində Azərbaycanın Silikon Vadisində yerləşən şirkətlərinə investisiya qoyuluşu imkanları və perspektivləri müzakirə ediləcək.

Aynur Vəliyeva
 




17/10/13    Çap et