“Google” Azərbaycan Milli Müstəqillik Gününü qeyd edir
"Google" şirkəti 18 Oktyabr - Azərbaycan Milli Müstəqillik Günü xüsusi "doodle", logo hazırlamaqla qeyd edir.
"Doodle"da Azərbaycan gerbi, bayrağın
rəngləri yer alıb. Hazırlanan "doodle"u ancaq Azərbaycan İP-dən görmək mümkündür.
XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Kamal Hacıyev