Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Səhiyyə Nazirliyi yeni elektron xidmətlərini “Elektron hökumət” portalına təqdim edib
Səhiyyə Nazirliyi bir sıra yeni elektron xidmətlərini “Elektron hökumət” portalına təqdim edib.
Nazirlikdən verilən məlumata görə, yeni xidmətlərə “Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi”, “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” daxildir. “e-gov.az” portalına və həmçinin “esehiyye.az” portalına giriş edərək, adları çəkilən elektron xidmətlər üçün müraciət etmək mümkündür.
Qeyd edək ki, Səhiyyə Nazirliyində 38 elektron xidmətin yaradılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
18/10/13 Çap et