“YouTube” trafikinin təxminən 40 faizi mobil qurğuların payına düşür
Hazırda “YouTube” videohostinqinin trafikinin təxminən 40 faizi mobil qurğuların payına düşür, halbuki 2 il əvvəl bu göstərici 6 faizə bərabər olub. Bu barədə “Google”un baş direktoru Larri Peyc üçüncü rübün maliyyə yekunları üzrə konfrans-zəng zamanı bildirib.
“YouTube”un mobil qurğular vasitəsilə trafikinin artması videohostinqin mobil servislərinə daha çox qazanc gətirə bilər. “Google” şirkətinin biznesin inkişafı üzrə direktoru Nikeş Arora konfrans zamanı xatırladıb ki, şirkət reklam kampaniyalarının aparılması üzrə yeni sistemin tətbiqini, habelə reklam verənlərə eyni vaxtda fərdi kompüterlərdə və mobil qurğularda tərəqqiyə imkan verən məhsulları çərçivəsində inkişaf etdirir.
“YouTube”un satış üzrə vitse-prezidenti Lukas Uotsonun “Bloomberg” agentliyinə müsahibədə bildirdiyinə görə, videohostinqin mobil qurğular reklamından əldə etdiyi mədaxil yarım il ərzində 3 dəfə artıb. L.Uotsonun sözlərinə görə, cari ilin birinci rübündə “YouTube” təkcə mobil reklamdan 350 milyon dollara yaxın qazanc əldə edib, - “RİA Novosti
www.ria.ru” yazır.