Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komissiyası elektron ünvanına göndərilən sorğuların statistikası və məzmununu açıqlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabr ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.
“ICTnews” elektron xəbər xidmətinin DQMK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 59 sorğu daxil olub. Sorğulardan 17-si dövlət qulluğuna qəbul qaydaları ilə bağlı olub. Eyni zamanda, vətəndaşlar tərəfindən komissiyanın elektron ünvanına 16 CV göndərilib. Ümumi müsahibə ilə əlaqədar 6, digər məsələlərlə bağlı 5 sorğu və 5 təşəkkür məktubu ünvanlanıb. Həmçinin, elektron müraciətlər arasında hər biri 3 ədəd olmaqla növbəti müsabiqə və ehtiyat kadrlarla bağlı sorğular yer alıb. Bundan əlavə, elektron poçt ünvanına daxil olan sorğulardan 2-si komissiyanın səlahiyyətinə aid olmayan məsələləri əhatə edib. Qalan sorğulardan 1-i test imtahanı proqramı ilə bağlı olub, həmçinin 1 təklif göndərilib.
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
CAHANGİR
18/10/13 Çap et